4 Eylül 2016 Pazar

Yaxın Şərq Toz Dumanı



Ermənistanın var oluş səbəbi. Çox az insan ermənistanın var oluşunun səbəbi haqqında düşünüb. Nə üçün var olduqlarını isə mən özüm yazacam. Yazdıqlarım tamamilə doğrudur iddiam yoxdur, yanlış da olar bilər. Başlıyıram.

ermənistan Qafqazla Türkiyə arasında blok rolunu oynayır. Türkiyə yaxın şərqdə hegemonlug etmək, regional güc olmaq iddiası olan ölkələrdən biridir. Türkiyə ilə Azərbaycan arasında yerləşən ermənistan Türkiyənin Qafqazda olan təsirini zəyiflədir. 


Bu da iki ölkəyə xeyir edir, biri Rusiya, digəri İran. Ən çox da İran. İran eyni Türkiyə kimi bölgədə hegemonluq etməyə çalışan ölkələrdən ikincisidir. Sözsüzki Türkiyənin Qafqazda təsiririnin zəyifləməsi İrana çöx böyük üstünlük qazandırır. 




Yaxın şərqin yeni formalaşmış xəritəsinə bir də baxaq. 



Yaxın Şərqin digər ölkələrində nələr baş verdiyini yazım. İraqın və Suriyanın bölünməsi, İsrailin ətrafında yaranacaq yeni kiçik dövlətlər İsrailin təhlükəsizliyini təmin etmək məqsədini daşıyır. (İŞİD sözsüzki zamanla yox ediləcək xəritədə onu nəzərə almağa ehtiyac yoxdur.)

Deyə bilərsiz bu regionda Türkiyənin təsirini artıracaq. Lakin qurulmuş bu oyun, Suriya və İraq üçün xərclənmiş milyardlar sözsüzki Türkiyə üçün deyil. Regionda yeni yaranacaq bu dövlətlərlə Türkiyə arasında blok rolu oynayacaq yeni bir dövlət də olacaq sözsüz: Kürd bölgəsi. Xəritədə görünən sarı bölgələr Kürd terroristlərin əlindədir. Kürd bölgəsi Türkiyənin Yaxın Şərqə təsirini zəyiflədəcək. 

Bölgədə iki hegemonlug iddiası olan dövlət var biri İran, digəri Türkiyə. Türkiyənin hegemonluğu bu xəritə ilə imkansıza yaxın səviyyədədir. Qaldı İran. İranın hegemonluğundan qaçan bu kiçik dövlətlərin çıxış yolu İranın düşməni olan İsrailə yaxınlaşmaq olacaqdır. Yəni İran nə qədər güclənərsə İsrail daha çox güclənəcəkdir.

İndi dönün başa birdə oxuyun ermənistanın var olma səbəbini başa düşəciz.

Hiç yorum yok:

Yorum Gönder