Bir neçə təşkilatlar, qurumlar bu müharibənin nəticəsində müxtərlif saylarda insan itkiləri oldğunu bildiriblər. ORB International'ın açıqladığı say isə ən yüksək say hesab olunur, belə ki 2007-ci ilə ORB International, 2003-cü ildən bəri Amerika işğalı nəticəsində İraqda 1 milyon 200 min insan öldürüldüyünü açıqlayıb. (Ətraflı məlumat)
Iraqi Bodi Count bildiribki sənədləşdirilmiş ölülərin sayı 251 mindir. (bax)
Iraq hökuməti bildiribki, təxminən 4 milyon 500 min uşaq müharibədə valideynlərindən ya birini ya da hər ikisini itirib. 600 uşaq küçələrdə yaşayır. Yaşı 14dən az olan uşaqların 15% - i işləyir. (Mənbə)
2003-cü ildən bəri 4 milyon İraq vətəndaşı qaçqın düşüb, bunların 2 milyonu uşaq idi. (Mənbə)
93.500 uşaq itkin düşüb. (Mənbə)
Müharibədən sonra təxmini 3 milyon 500min uşaq yoxsulluq içərisində yaşayır, 5 yaşından az 1 milyon 500min uşaq qeyri-kafi qidalanır, və ya qidasız qalır, hər gün 100 körpə ölür. (Mənbə)
Və bu müharibənin həmin uşaqlara psixoloji təsirlərini hesablamaq ən çətinidir. Rəqəmlər müxtəlif mənbələrdə fərqli fərqlidir, hansı daha etibarlıdır bilmirəm, amma ölüm ölümdür, sayı az da olsa çox da olsa bu müharibədə hər iki, USA və Səddam ordusunun ettiklərinə görə günahsız insanlar əziyyət çəkib, və hələ də çəkirlər.
Hiç yorum yok:
Yorum Gönder