Bu yazımda Fələstin haqqında yazacam. Haradı bu fələstin, İsraillə məsələsi nədi bir az müzakirə eləyəcəm.
Bu gün əksər türklər fələstinliləri məzlum bilir, əslində bəlkədə həqiqətən məzlumdular amma mən mediaya inanmadığım üçün sizə bunu dəqiqliklə deyə bilmirəm. Çünki, media məsələni heç vaxt tam olaraq bizə çatdırmır, o tv dediyin qutu sənin beynini öz islədiyi kimi doldurmaqdan başqa bir şey eləmir. Social media da heç onlardan fərqlənmir, Şok Şok Şok başlığı ilə xəbər paylaşıb daxil olanda yararlı bir məlumat qoymadıqlarını gördüyüm medianın nəyinə güvənilər axı. Ağlı olan bir durar deyərki, camaatı belə oyuna gətirən xəbər saytı hər cür xəbəri reyting üçün paylaşar, xəbərin doğruluğunun onlar üçün zərrə qədər əhəmiyyəti olmaz. Bütün dünya mediası belədir, düşününki bu adamlara biz illərdir deyirikki ermənilər bizə Xocalıda soyqırım ediblər, həə çox pis! deyirlər amma heç xəbərlərində 1915 saxta erməni soyqırımına ayırdıqları qədər yer ayırmırlar.
Yəni dediyim odurki, İsrailmi fələstinə əzyyət edir, yoxsa Fələstinin özümü nəsə saman altından su yeridir dəqiqliklə demək çətindi.
Yuxarı bax, bu yuxarıdaki şəkil çox adama tanış gələ bilər, çünki çox facebook səhifəsi paylaşıb. Şəkildə tarixi İsrailin gəlib fələstinlilərin torpaqlarını işğal elədiyi göstərilir. Yəni göstərilənə görə o torpaqda əzəldən bəri fələstinli yaşıyıb, amma İsrail gələndən sonra fələstinlilərin torpaqları əllərindən alınıb. Nə gözəl bir propogandadır, həqiqətən internetdə nə qədər məlumat isləsən tapa bilərsən fələstinliləri məzlum göstərən. Bu eyni facebook səhifələrimizdə Şimali Koreanın öz kanallarında öz milli futbol kamandalarını dünya çempiyonu kimi tanıtdı, Şimali Korea tv kanalları yalandan Braziliyanı nəblim 32:0 udduqlarını dedi kimi məlumatların paylaşılmağı ilə eynidi, məlumatı yayırlar çoxları da inanır, amma araşdırsalar Şimali Koreada hər dünya çempionatının tv-lərdə yayımlandığını öyrənərlər. Amma kimin nəyinə lazımdı e, səhifənin biri paylaşdı, dedik güdük, like eledik bəs elədi deyirlər. Nəsə. Bu fələstin tarixində qalmışdım mən.
Burada mühüm bir məsələ də var, bu sualın cavabını internetdə araşdırdığımız zaman ərəblərin propogandası olan İsrailin əlehinə məlumatlarla qarşılaşacaqsız. Bu sualın cavabını mən İsrail tarixini araşdıraraq tapdım. Mənim bu mövzunu araştırmazdan öncəki məlumatıma görə, 1948-ci ildə İsrail qurulmuşdu, Lakin İsrail fələstin torpaqlarnda qurulmuşdu və zaman keçdikcə fələstini işğal etmişdi. İşin əsli elə deyilmiş amma, bizim bu gün fələstin dediyimiz ərazidə fələstin deyə bir dövlət olmayıb, fələstin həmin bölgənin tarixi adıdı, o bölgədə ərəblərə məxsus fələstin adlı bir dövlət tarixən mövcud olmayıb. Fələstin dövləti hələ ancaq 1988-ci ildə öz müstəqilliyini elan edib. Bu gün İsrail ilə fələstin müharibə edir deyirlər amma əslində İsrail ilə ərəblər müharibə edirlər. Aşağıda yazacağım ingilis oyununu diqqətlə oxuyun.
Birinci dünya müharibəsi dövründə ərəblər Osmanlıya qarşı ingilislərlə razılaşdı. Henry McMahon (İngiltərənin Misirdəi ali komissarı) - Hussein ibn Ali (Məkkə şərifi) yazışmalarında bunu açıq şəkidə görmək olurdu. Bu yazışmaya görə ingilislərin yaxın şərqdə öz idarələrində olan torpaqlarda ərəblərə müstəqillik veriləcəkdi, və şərif Husseinin islədiyi torpaqlar ərəblərə veriləcəkdi, qarşılığında isə Osmanlı ilə müharibədə ərəblərdən dəstək alacaqlardı. Qeyd edimki bbu yazışmalar 1915-1916-cı illərdə olur. Bu gün fələstində baş verənlər bütünüylə ərəblərin səhvdir deyə bilərik.
Ərəblərin Osmanlını necə satdıqlarınının şəkilləridi. Daha da maraqlısını deyim sizə, bu günki Fələstin bayrağı,hansıki el arasında xəyanət bayrağı da deyirlər, 1916-cı ildə Məkkə şərifi Huseyinin Osmanlını satdıqları zaman, üsyan qaldırdıqları zaman istifadə etdikləri bayraqdı.Bu gün həmin bayraq Fələstin bayrağı edilib. Ərəb ayaqlanmasından sonra ərəblər müstəqillik qazandılar. Birinci dünya müharibəsi bittikdən sonra Fələstin Osmanlıdan alınır və Britaniyanın idarəsi altında Fələstin mandatlığı qurulur. Bu bölgə 1948-ci ilə kimi Britaniyanın nəzarətində olur.
Bu yazdıqlarım Britaniya Ərəb əlaqələri haqqında idi. İngilislər heç vaxt rahat durmaz, ərəbləri Osmanlıya qarşı qaldırar, eyni vaxtda da bunlar gedər bir də yəhudilərlə razılaşar. 1917-ci Artur Balfourdan (UK baş naziri) Walter Rotchildə (yəhudi cəmiyyətinin lideri, 2ci Rotşild baronu) məktub göndərilir, bu məktuba Balfour deklarasiyası adı verilib. Deklarasiyada fələstin ərazisinə yəhudilərin yerləşdirilməsi dəstəklənirdi. Fələstin bölgəsində yəhudi xalqı üçün bir national home qurulmalı idi bu deklarasiyaya görə.
Yuxarıdakı məktubun kopyasıdı. Bu deklarasiya Henry McMahon ( İngiltərənin Misirdəki ali komissarı) - Hussein ibn Ali (Məkkə şərifi) yazışmalarına uyğun gəlmirdi ama. Belə deyək, 1916-cı ildə ərəblərə veriləcəyi söz verilən torpaqlarda 1917-ci ildə yəhudilər üçün bir mərkəz yaradılmağa qərar verildi. Osmanlını arxadan vurub, ingilislərlə birləşən ərəblər çox keçmədi peşman oldu elə. Ərəblər buna etiraz etdi amma, necə deyərlər sonraki peşmançılıq fayda verməz. Balfour deklarasiyası 1948-ci ildə ərəb-israil muharibəsinin əsas səbəblərindən biridi.
2-ci dünya müharibəsinə qədər bölgəyə yəhudilər köçürüldü,sonra isə Hitlerin Avropada yəhudilərə qarşı etdiyi soyqırımlar yəhudilərin bu torpaqlara miqrasiyasını sürətləndirdi. 1948-ci ildə Britaniya Amerikanın köməyi ilə məsələni BMT-də qaldırdı, və BMT fələstin bölgəsini yəhudilər və ərəblər arasında iki hissəyə böldü.
Çox gözəl bölgü olmadığı ilk baxışdan bilinir, Göy ərazilər yəhudilərə digər ərazilər isə ərəblərə verilib, adamlar elə bir xəritə hazırlayıblarki baxan kimi bilinirki orda toz dumana qarışacaq və elə də olur. Müharibə dayansın isləyən bir təşkilat belə bir bölgü aparmaz, onlar bu xəritəni elə müharibə olsun deyə hazırlayıblar. Yəni müharibəni nə ərəblər isləyib, nə yəhudilər, müharibəni isləyənlər ingilislər olub, nə cür bir qazanc əldə ediblər təxmin edə bilmirəm amma bu müharibəni onların yaratdığı görünür.
Burda bitər yazı, tarixi yazı idi, heç bir analiz və ya fəlsəfi sual ətafında müzakirə aparmadım. Medya vasitəsil yalnış bildiklərinizin doğrusunu göstəməyə çalışdım.
Birinci dünya müharibəsi dövründə ərəblər Osmanlıya qarşı ingilislərlə razılaşdı. Henry McMahon (İngiltərənin Misirdəi ali komissarı) - Hussein ibn Ali (Məkkə şərifi) yazışmalarında bunu açıq şəkidə görmək olurdu. Bu yazışmaya görə ingilislərin yaxın şərqdə öz idarələrində olan torpaqlarda ərəblərə müstəqillik veriləcəkdi, və şərif Husseinin islədiyi torpaqlar ərəblərə veriləcəkdi, qarşılığında isə Osmanlı ilə müharibədə ərəblərdən dəstək alacaqlardı. Qeyd edimki bbu yazışmalar 1915-1916-cı illərdə olur. Bu gün fələstində baş verənlər bütünüylə ərəblərin səhvdir deyə bilərik.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2GUJ8H0EoDJ8lQ8qL_E70Sx7JMcFk71dBZCDiXDWJWE6HwiYa3ymvdnA2OTlmjCky_L-48OiuAC_BVlTjR6lm8gmuvRzZhQJsh5W-Oe8x5GMCBs5joc0-wkeYmGdhn-3XysjdfRhr8Bdn/s200/filistin-bayra%25C4%259F%25C4%25B1n%25C4%25B1n-ger%25C3%25A7ek-y%25C3%25BCz%25C3%25BC_200713.png)